Son dəqiqə
Ermənistan-Türkiyə sərhədinin açarı Bakıdadır: Regional siyasət Azərbaycanın diktəsi ilə formalaşır"Heydər Əliyev Kuboku-2026": Qız boksçulardan ibarət millimiz komanda hesabında birinci olduGəncədə qız qaçırmağa görə DAVA DÜŞDÜ - Xəsarət alanlar varİsrail İrana qarşı əməliyyatlara hazırdır: Yeni hədəflər artıq müəyyənləşdirilibVolodimir Zelenski İlham Əliyevə zəng edibBƏƏ-nin ABŞ-dəki səfiri ölkəsinin OPEC-dən çıxma səbəblərini açıqladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Konstitusiya Məhkəməsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib
Konstitusiya Məhkəməsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib
Cəmiyyət

Konstitusiya Məhkəməsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş dəyirmi masa keçirilib

Bu gün
19:48
0 baxış
Paylaş:

Mayın 6-da Konstitusiya Məhkəməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş "İnsan hüquq və azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası kimi" mövzusunda dəyirmi masa keçirilib.

Mayın 6-da Konstitusiya Məhkəməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş "İnsan hüquq və azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası kimi" mövzusunda dəyirmi masa keçirilib.

Gundem.today xəbər verir ki, tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən sədr Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. Ümummilli liderin müstəqilliyin bərpasından sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasının dövlətçiliyimizi ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını, həyata keçirdiyi strateji siyasətin bu gün də respublikamızın inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib.

Sədr Fərhad Abdullayev azərbaycançılıq ideyasının müasir dövrümüzdə yaradıcısı kimi görkəmli siyasətçi Heydər Əliyevin Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi naminə mühüm işlər həyata keçirdiyini, məhz onun rəhbərliyi ilə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməli qoyularaq inkişaf etdirildiyini vurğulayıb.

Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edib ki, 1995-ci ildə ulu öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb. Konstitusiya nəzarəti orqanı kimi Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, eyni zamanda bu orqanın müstəqilliyinin təmin edilməsi və ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Vurğulanıb ki, bu gün ulu öndərin xalqımızın azadlığının, müstəqilliyinin qorunmasına yönələn müqəddəs ideyaları onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Dövlət başçısının məqsədyönlü daxili və xarici siyasəti sayəsində bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın dünyada nüfuzlu dövlətlər sırasında yer alması, ölkənin və xalqın mənafeyi naminə həyata keçirilən layihələr və geniş quruculuq işləri Heydər Əliyev siyasi irsinin davamıdır.

Sədr diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti respublikamızı bugünkü qüdrətinə çatdırıb, Azərbaycan tarixi zəfər nəticəsində suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, strateji və diplomatik addımları, yenilməz Azərbaycan Ordusunun gücü və xalqın birliyi sayəsində əldə olunan Qələbə regionda yeni reallıqlar yaradıb, Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olunub, bununla da, həmin ərazilərdə vətəndaşların konstitusiya hüquqlarının bərpası təmin edilib.

Tədbirdə çıxış edən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva ümummilli lider Heydər Əliyevin ölkəmizi müxtəlif tarixi mərhələlərdə qlobal miqyaslı siyasi lider kimi uğurla idarə etdiyini, dahi şəxsiyyətin müdrikliyinin, milli maraqlara sadiqliyinin və siyasi iradəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyini bildirib. Azərbaycanda Ombudsman institutunun yaradılmasında Heydər Əliyevin müstəsna rolundan danışan Səbinə Əliyeva vurğulayıb ki, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının qorunması, müstəqil, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması bilavasitə ümummilli lider Heydər Əliyevin təşəbbüsüdür.

Ombudsman bildirib ki, bu gün ölkə başçısının rəhbərliyi ilə respublikamızda aparılan məhkəmə-hüquq islahatları Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun və Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına xidmət edir.

Daha sonra Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov çıxışında qeyd edib ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış strateji addımlar, əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr xalqın rifahı üçün zəmin yaradıb. Dərin təfəkkürə sahib olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə bütün dövrlərdə xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Samir Mahmudov insan hüquqlarının təmin edilməsi, müdafiəsinin gücləndirilməsi və digər sahələrdə ümummilli lider Heydər Əliyevin həy

#Cəmiyyət#Heydər_Əliyev#Konstitusiya_Məhkəməsi#İnsan_Hüquqları_üzrə_Müvəkkili_(Ombudsman)

Oxşar Xəbərlər

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEOCəmiyyət

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

Bakıda yeni inşa olunan çoxmərtəbəli binaların əksərinin tikintisi səhərə qədər davam olunur.

Bu gün
20:240
Mingəçevirdə WUF13 Festivalı keçirilir - FOTO - VİDEOCəmiyyət

Mingəçevirdə WUF13 Festivalı keçirilir - FOTO - VİDEO

Mingəçevir şəhəri sakinləri və qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə WUF13 Festivalı keçirilir.

Bu gün
20:100
DİQQƏT: Azərbaycanda İLK DƏFƏ bir yolu saatda 130 kilometr sürətlə getmək mümkündürCəmiyyət

DİQQƏT: Azərbaycanda İLK DƏFƏ bir yolu saatda 130 kilometr sürətlə getmək mümkündür

"Aprelin 28-dən etibarən M1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 53-cü km-dən 185-ci km-nə qədər olan hissəsində maksimal hərəkət sürətinin 130 km/saat olduğunu bildirən yol nişanlarının quraşdırılması başa çatıb".

Bu gün
19:400
"Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilibCəmiyyət

"Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib

Mayın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Mədəniyyət işçiləri YAP ərazi ilk təşkilatının təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində "Ümummilli lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda konfrans keçirilib. Konfrans ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

Bu gün
19:340