
Övladı yeni hərbi xidmətə getmişdi... - Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu
Aeroport yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Aeroport yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Gundem.today "Unikal"a istinadən xəbər verir ki, qəza nəticəsində həyatını itirən Mansur İmanov Cəlilabad rayonunun Uzuntəpə kənd sakini olub.
Məlumata görə, mərhumun övladı bu yaxınlarda hərbi xidmətə yola düşübmüş.
Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" və "XPeng" markalı minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, "Mercedes" markalı minik avtomobilinin sürücüsü və sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən minik avtomobilinin sərnişini xilas edilib. Həyatını itirən sürücü, Mansur Güləxan oğlu İmanovun meyiti isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəPaytaxtda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO
Paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
HadisəCəlilabadda gənc müəllim vəfat etdi
Cəlilabadda gənc müəllim vəfat edib.
HadisəBərdədə YOXLAMA: Sənədsiz idman qidaları aşkarlanıb - FOTO
Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən Atakişiyev Məhər Mehdiqulu oğluna məxsus "SkyFit" idman zalında yoxlama keçirilib.
HadisəAeroport şosesində AĞIR QƏZA: Ölən var
Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.