Son dəqiqə
Yer kürəsində maqnit fırtınası başlayıbKüveyt hava məkanı ilə bağlı qərarLökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEOTürkiyə Gümrüyə uçuşlara başlayır? - Paşinyan açıqladıLənkəranda zəncirvari qəza: Xəsarət alanların vəziyyəti açıqlandıTrampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İlon Maskdan sensasion TƏKLİF: "İnsanlara birbaşa pul paylayın"
İlon Maskdan sensasion TƏKLİF: "İnsanlara birbaşa pul paylayın"
Dünya

İlon Maskdan sensasion TƏKLİF: "İnsanlara birbaşa pul paylayın"

Bu gün
03:20
0 baxış
Paylaş:

"Süni intellektin insanları əmək bazarından sıxışdırıb çıxarması nəticəsində yarana biləcək işsizliklə mübarizənin ən effektiv yolu ABŞ hökumətinin əhaliyə birbaşa pul paylamasıdır".

"Süni intellektin insanları əmək bazarından sıxışdırıb çıxarması nəticəsində yarana biləcək işsizliklə mübarizənin ən effektiv yolu ABŞ hökumətinin əhaliyə birbaşa pul paylamasıdır".

Gundem.today xəbər verir ki, bu barədə İlon Mask "X" sosial şəbəkəsində bildirib. Onun fikrincə, bu yanaşma ümumdünya yüksək gəlir səviyyəsini təmin etmək üçün ən yaxşı vasitə ola bilər.

"Süni intellekt və robototexnika pul kütləsinin artımını əhəmiyyətli dərəcədə üstələyən həcmdə mal və xidmətlər istehsal edəcək. Buna görə də inflyasiya baş verməyəcək", - deyə Mask vurğulayıb.

Qeyd edək ki, Mask bu ideyanı ilk dəfə səsləndirmir. O, yanvar ayında bir neçə startapın qurucusu, ABŞ-li sahibkar Piter Diamandis ilə birgə iştirak etdiyi podkastda hökumətlərin süni intellektə ayaq uydurmaqda çətinlik çəkə biləcəyini bildirmişdi.

Maskın sözlərinə görə, süni intellektin inkişaf sürəti qərarların qəbulunda ləngliyi və çoxsəviyyəliliyi ilə seçilən ənənəvi siyasəti xeyli qabaqlayır. Süni intellekt hökumətdən 10 dəfə və ya daha sürətlə inkişaf edə bilər, bu da dövlət qurumlarının effektiv reaksiya verməsini çətinləşdirir.

Müzakirədə iştirak edən texnologiya sahəsi üzrə investor və sahibkar Deyv Blandin də oxşar narahatlıqlarını bölüşüb. O bildirib ki, hazırda heç bir dövlət sistemi süni intellektin gətirdiyi dəyişikliklərin sürəti ilə ayaqlaşmağa tam hazır deyil və hətta tənzimləmə tədbirləri belə daha geniş iqtisadi fəsadları idarə etmək üçün kifayət etməyə bilər.

Bu kontekstdə Mask hökumətlər tərəfindən göstərilən birbaşa maliyyə dəstəyinin ehtiyat həll yolu ola biləcəyini qeyd edib. Onun fikrincə, səlahiyyətli qurumlar süni intellektin inkişafını tam nəzarətdə saxlamağa və ya ləngitməyə çalışmaq əvəzinə, vətəndaşlara birbaşa pul göndərməklə iqtisadi sabitliyin qorunmasına diqqət yetirə bilərlər.

Qeyd edək ki, sərvəti 787,3 milyard dollar qiymətləndirilən Mask tarixin ən zəngin sahibkarlarından biri hesab olunur.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#süni_intellekt#İlon_Mask#işsizliklə_mübarizə#əhaliyə_ödənişlər#universal_gəlir#ABŞ_hökuməti#robototexnika#iqtisadi_sabitlik#Sİ_inkişafı#texnoloji_dəyişikliklər

Oxşar Xəbərlər

Küveyt hava məkanı ilə bağlı qərarDünya

Küveyt hava məkanı ilə bağlı qərar

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra fevralın 28-də bağlanan Küveyt hava məkanı ardıcıl 50-ci sutka (gün) bağlı qalacaq.

Bu gün
13:380
Trampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcəkDünya

Trampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək

ABŞ-nin Apellyasiya Məhkəməsi Prezident Donald Tramp administrasiyasının Ağ Evin uçurulmuş Şərq qanadının yerində 400 milyon dollarlıq bal zalının inşasını davam etdirməsinə icazə verib.

Bu gün
13:140
Hörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədiDünya

Hörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədi

İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti yenidən bərpa edib.

Bu gün
12:520
ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilirDünya

ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir

ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.

Bu gün
12:200