
Sovet dövründə dəyirmana çevrilərək dağıdılmaqdan xilas edilən məscid - FOTOREPORTAJ
Zəngin memarlıq üslubuna malik olan Quba şəhərindəki Cümə məscidinin tikintisi 1802-ci ildə ilə başa çatdırılıb.
Zəngin memarlıq üslubuna malik olan Quba şəhərindəki Cümə məscidinin tikintisi 1802-ci ildə ilə başa çatdırılıb.
Gundem.today PhotoStock.Az-a istinadla xəbər verir ki, Qazı İsmayıl əfəndinin maddi yardımı 1792-ci ildə inşasına başlanılan binanın tikintisi müəyyən fasilələrlə on ilə yekunlaşdırılıb.
Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərib. Sovet dövründə digər dini məkanlar kimi onun da fəaliyyəti qadağan edilib. 1933-cü ildə mədrəsə və minarə, sonralar isə digər tikililər dağıdılıb.
Məscidin uçurulacağını bilən rayon əhalisi gecə ilə buraya dəyirman daşları və buğda gətirərək ibadət evini dəyirmana çevirib və dağıdılmaqdan qoruyub.
Bir müddətdən sonra anbar kimi istifadə olunan bina ardınca xalça muzeyi kimi fəaliyyət göstərib.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra tikili yenidən öz təyinatı üzrə fəaliyyətə başlayıb.
Yerli əhəmiyyətli memarlıq abidəsi olan məscidin daxildən hündürlüyü 18 metr, sahəsi isə 360 kvadratmetrdir. Məscidin tikintisində istifadə olunan zığ kərpiclər rayonun 8-10 kilometrliyində yerləşən İqrığ kəndində hazırlanıb.
Deyilənə görə, Quba camaatı həmin kənddən kərpicləri əlləri ilə bir-birinə ötürə-ötürə məscid tikilən yerə gətirib. Binanın tikintisində bitişdirici vasitə kimi əsasən un, yumurta və əhəngdən istifadə olunub. Məscidin mehrab hissəsi Mədinə şəhərindəki məsciddə olduğu kimi işlənib.
Tikilinin orta hissələrində sütunun olmaması memarın yüksək peşəkarlığından xəbər verir. Məscidin ətrafına şəbəkəli hasar çəkilib, dəstəmaz yeri və mədrəsə tikilib, ərazidə abadlıq işləri aparılıb. Türkiyə hökuməti tərəfindən məscidə minbər əlavə olunub və hündürlüyü 50 metr olan minarə ucaldılıb.
Quba şəhərində yerləşən Cümə məscidindən fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Maraqlıİtlərlə meditasiya: Fiziki və emosional rahatlığın müasir yolu - FOTOREPORTAJ
Son illər dünyada populyarlaşan itlərlə meditasiya klassik məşqlərdən fərqli olaraq fiziki hərəkətlərlə yanaşı emosional rahatlığı da ön plana çıxarır.
MaraqlıÇexiyada qızıl xəzinəsi tapan turistlərə fantastik mükafat veriləcək
Çexiyada qızıl sikkələr və qiymətli əşyalardan ibarət xəzinə tapan iki turist təxminən 480 min avro məbləğində mükafat alacaq.
MaraqlıSüni parçalar immun sistemini poza bilər
Süni materiallardan hazırlanan geyimlərdən ayrılan mikroplastiklər nəfəs aldığımız hava, içdiyimiz su və qidalar vasitəsilə insan orqanizminə daxil ola bilir.
MaraqlıKüçədən xilas edilən 160 pişiyin pənah yeri - Sığınacaqdan FOTOREPORTAJ
2024-cü ildə fəaliyyətə başlayan bu sığınacaq cəmi üç küçə pişiyi ilə qurulub.