
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərlə bağlı qərar qəbul olundu
Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova barəsində zərərçəkən tərəfin verdiyi kassasiya şikayəti təmin olunmayıb.
Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova barəsində zərərçəkən tərəfin verdiyi kassasiya şikayəti təmin olunmayıb.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nuridə Seyidova 8 il 6 ay, Aynur Bayramova 7 il 6 ay, Aysel Məmmədova isə 6 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.
Hökmdən həm zərərçəkənlər, həm də təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər, Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin şikayətini təmin etməyib. Zərərçəkən şəxslərin bir neçəsinin şikayəti isə qismən təmin edilib.
Belə ki, Bakı Apellyasiya Məhkəməsi zərərçəkən Aysel Abdullayevaya dəymiş mənəvi ziyana görə 1000 manat, Kamil Əhmədova isə 800 manat məbləğində vəsait ödənilməsi ilə bağlı qərar verib.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub.
Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub.
Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalNamizəd Səfərovla bağlı YENİ QƏRAR
Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərov barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.
KriminalQoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu AZADLIĞA BURAXILDI
Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb.
Kriminalİnsan alverində təqsirləndirilən iki qadın həbs edildi - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q. və 27 yaşlı X.H. şərti adlı şəxslər həbs ediliblər.
Kriminal"OpenAI" rəhbərinə qarşı sui-qəsd cəhdi: 20 yaşlı gənci 30 ilədək həbs cəzası gözləyir
ABŞ hakimiyyəti San-Fransiskoda (Kaliforniya ştatı) "OpenAI" şirkətinin baş direktoru Sem Altmanın evinə "Molotov kokteyli" atan və qurumun baş qərargahının əməkdaşlarını hədələyən şəxsə qarşı ittiham irəli sürüb.