Son dəqiqə
Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranıİranın Qum əyalətində hava hücumundan zərər görən dəmiryol körpüsü bərpa olunduUşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdiRusiya-Ukrayna cəbhəsində Pasxa atəşkəsi başladıXocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdiİdeyadan real biznesə ilk addım: Bakıda 6-cı Startap Forumu keçirildi - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Təhsildə böyük dəyişikliklərin ANONSU - Hansı addımlar atılmalıdır? - FOTO
Təhsildə böyük dəyişikliklərin ANONSU - Hansı addımlar atılmalıdır? - FOTO
Cəmiyyət

Təhsildə böyük dəyişikliklərin ANONSU - Hansı addımlar atılmalıdır? - FOTO

Bu gün
15:34
0 baxış
Paylaş:

Elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən "Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib ki, repetitorluq sistemi oxuyub-anlama bacarıqlarına mane olur. O deyib ki, oxuyub-anlama bacarıqları Azərbaycan təhsil sisteminin ən həssas və inkişaf etdirilməli istiqamətlərindən biridir.

Elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən "Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib ki, repetitorluq sistemi oxuyub-anlama bacarıqlarına mane olur. O deyib ki, oxuyub-anlama bacarıqları Azərbaycan təhsil sisteminin ən həssas və inkişaf etdirilməli istiqamətlərindən biridir.

Nazir əlavə edib ki, bu islahatlardan sonra ola bilər ki, nəticələr ilkin mərhələdə düşsün, suallar çətin görünsün və ya insanlarda geriləmə təəssüratı yaransın. Lakin bu, reallığın ölçülməsi baxımından vacibdir. Çünki uzunmüddətli perspektivdə oxuyub-anlama bacarıqları hər bir şəxsin peşəkar inkişafında həlledici rol oynayır.

Məsələ ilə bağlı Gundem.today-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, repetitorluq fəaliyyəti Azərbaycan təhsilinin ən ciddi problemlərindəndir.

O vurğulayıb ki, bununla bağlı ciddi addımlar atılmalıdır:

"Bunun ləğvi ilə bağlı həm təbliğat, həm də inzibati yollara əl atmalıyıq. Repetitorluq təhsilimiz üçün ciddi problemlər yaradır. İslahatların əsas məqsədi bu sahənin qarşısını almaq olmalıdır. Həmçinin düşünməliyik ki, islahatlar bizə hansı nəticəni verəcək. Bundan başqa, "Azərbaycanlıların bəziləri oxuduğunu anlaya bilmir" kimi fikirlər tez-tez səsləndirilir. Bu, Azərbaycan təhsilinin qlobal problemi deyil. Düşünmürəm ki, xalqımız oxuduğunu anlamır. Belə insanlar dünyanın hər yerində var. Amma bunu ümumiləşdirmək olmaz. Baxın, təhsilimizdə müəyyən islahatlar gedir. Bu, özünü müxtəlif sahələrdə göstərir. Məsələn, peşə təhsilində yeniliklər aparılır, müəssisələr tikilir, agentliklər yaradılır, əlavə vəsait ayrılır".

C.Məmmədov vurğulayıb ki, təhsildə daha geniş islahatlar aparılmalıdır:

"Geniş imkanlarla daha böyük islahatlar aparılmalıdır. Əvvəllər Elm və Təhsil Nazirliyinə bu qədər imkanlar verilməmişdi. Hər biri az qala ayrı-ayrılıqda nazirliyə bərabərdir. İmkanlardan daha səmərəli istifadə etməliyik. Ciddi və sürətli addımlar atılmalıdır. Olduqca yeni çağırışlar var. Ali təhsil sahəsi daha praktik olmalıdır. Universitetlərin islahatlara ehtiyacı var. Müəllimlərin maaşı artırılmalı, rifahı yaxşılaşdırılmalıdır. Əks halda gecikəcəyik və bundan əziyyət çəkəcəyik".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Təhsil_islahatları#Emin_Əmrullayev#Ceyhun_Məmmədov#Repetitorluq_problemi#Oxuyub-anlama_bacarığı#Dövlət_İmtahan_Mərkəzi#DİM_10_il#Milli_Məclis#Ali_təhsil#Peşə_təhsili#Müəllimlərin_maaşı.

Oxşar Xəbərlər

Uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdiCəmiyyət

Uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdi

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.

Bu gün
17:240
Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdiCəmiyyət

Xocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi

Xocalıda hər iki valideynini itirən 25 nəfərdən biri olan Nigar Qəhrəmanova 39 yaşında dünyasını dəyişib.

Bu gün
17:100
İdeyadan real biznesə ilk addım: Bakıda 6-cı Startap Forumu keçirildi - FOTOCəmiyyət

İdeyadan real biznesə ilk addım: Bakıda 6-cı Startap Forumu keçirildi - FOTO

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.

Bu gün
17:110
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQCəmiyyət

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Aprelin 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu gün
17:010