
"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri iki dəfədən çox artıb
"Ziraat Bank Azərbaycan" ASC bu ilin I rübünü 5.571 milyon manat xalis mənfəətlə başa vurub.
"Ziraat Bank Azərbaycan" ASC bu ilin I rübünü 5.571 milyon manat xalis mənfəətlə başa vurub.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56% çoxdur.
Yanvar-mart aylarında "Ziraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 31.166 milyon manat (keçən ilə nisbətən 64.5% çox), əməliyyat xərcləri 20.615 milyon manat (60.2% çox), xüsusi ehtiyatlara ayırmaları 3.687 milyon manat (iki dəfə çox), gözlənilməz gəlirləri 42 min manat (42 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1.335 milyon manat (96.9% çox) təşkil edib.
Bu il aprelin 1-nə "Ziraat Bank Azərbaycan"ın aktivləri 1 milyard 442.705 milyon manat olub ki, bu da illik müqayisədə 58.7% çoxdur. Bunun 756.663 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son bir ildə bankın kredit portfeli 34% böyüyüb.
İl ərzində kredit təşkilatının vaxtı keçmiş kreditləri isə 2.3 dəfə artaraq 128.086 milyon manata çatıb.
Hesabat dövründə "Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 65.3% artaraq 1 milyard 274.983 milyon manata, o cümlədən depozit portfeli 50% artaraq 706.774 milyon manata, balans kapitalı isə 21.6% artaraq 167.723 milyon manata çatıb.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65.5 milyon manatdır. Bankın səhmlərinin 99.98%-i Türkiyənin "Ziraat Bank"ına, 0.01%-i "Zıraat Sıgorta" şirkətinə, 0.01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatÜfüqi monitorinqə qəbul üçün müraciət qaydası təsdiqlənib
"Üfüqi monitorinqə qəbul üçün müraciət edən vergi ödəyicisi tərəfindən təqdim olunan ərizənin forması və doldurulma Qaydası" təsdiqlənib.
İqtisadiyyatAzərbaycan Ermənistandan ilk dəfə mal idxal edib
Azərbaycan Ermənistandan ilk dəfə mal idxal edib.
İqtisadiyyatƏlilliyi olan şəxslərin əl işlərinin elektron satışı ilə bağlı VERGİ YOXLAMASI keçirilə bilər
"Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edilib.
İqtisadiyyatƏlilliyi olan şəxslərin əl işlərinin elektron satışı ilə bağlı VERGİ YOXLAMASI keçiriləcək
"Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edilib.