Son dəqiqə
İrandan hərəkət edən yük gəmisi Oman körfəzində atəşə tutuldu - FOTODövlət və aztəminatlı ailələrin əmlaklarının sığortalanmasında nöqsanlar aşkarlanıb"Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - ÖZƏLTrampdan İrana SON ŞANS: Atəşkəs yenə uzadılır?Əli Əsədov: "Azərbaycan Xəzərin dayazlaşmasına qarşı birgə mübarizəyə çağırır"71 tonluq qatarı dartan şərurlu pəhləvan: Rekordlar kitabında adı olan Əliyar Musayev - FOTOREPORTAJ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. Bakı sakini şamla evini yandırdı
Bakı sakini şamla evini yandırdı
Hadisə

Bakı sakini şamla evini yandırdı

15 aprel 2026
17:54
0 baxış
Paylaş:

Bakıda yanğın hadisəsi baş verib.

Bakıda yanğın hadisəsi baş verib.

Gundem.today-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində ikimərtəbəli taxta konstruksiyalı yaşayış binasının ikinci mərtəbəsində - Elmiralda Əliyevaya məxsus ikiotaqlı mənzildə baş verib. Hadisə nəticəsində mənzil tam yanıb.

Ev sakini, 1941-ci il təvəllüdlü Esmiralda Əliyeva Gundem.today-a açıqlamasında bildirib ki, hadisə evdə yandırdığı şamla ehtiyatsız davranması nəticəsində baş verib.

Ev sahibi qonşular tərəfindən xilas olunub. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində yanğın söndürülüb, alovun başqa evlərə keçməsinin qarşısı alınıb.

Daha ətraflı videoreportajda:

Samir Əli

Video: Elnur Şıxəliyev

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Vidadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Gundem.today-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar.

"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub", - deyə qeyd edilib.

Bakıda yaşayış evində baş verən yanğının təfərrüatı məlum olub.

Gundem.today-ın əldə etdiyi məlumata görə, Yasamal rayonu, Vidadi küçəsində yaşayan 1941-ci il təvəllüdlü Esmiralda Mikayıl qızı Əliyevaya məxsus evdə baş verən yanğına səbəb şam olub.

Belə ki, ev sahibi mənzilində şam yandırıb və həmin şamı yana-yana çarpayının altına qoyub yatıb.

Şamın alovundan mənzildəki yataq dəsti alışıb və alov evi bürüyüb. Hadisə nəticəsində iki otaqlı taxta konstruksiyalı mənzil tamamilə yanıb. Qonşuların köməyi ilə ev sahibi xilas edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Samir Əli

Bakının Yasamal rayonunda yanğın başlayıb.

Gundem.today xəbər verir ki, hadisə Vidadi küçəsində fərdi yaşayış evində qeydə alınıb.

A post shared by Gundem.today (@oxuaz)

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Yanğın_hadisəsi#Yasamal_rayonu#Bakı#Fövqəladə_Hallar_Nazirliyi_(FHN)

Oxşar Xəbərlər

Şəkidə "KamAZ" 69 yaşlı qadını vurub öldürdüHadisə

Şəkidə "KamAZ" 69 yaşlı qadını vurub öldürdü

Bu gün saat 9 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində sürücü Tərlan Siracəddinov idarə etdiyi "KamAZ" markalı yük avtomobilini geriyə hərəkət etdirərkən piyada, 69 yaşlı Solmaz İsayevanı vurub.

Bu gün
10:560
Gömrük postunda 243 ədəd mobil telefon aşkar edilibHadisə

Gömrük postunda 243 ədəd mobil telefon aşkar edilib

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhd göstərilən 243 ədəd mobil telefon, xeyli sayda mobil telefon aksesuarları və dərman preparatları aşkar edilib.

Bu gün
10:240
Ağsuda 54 yaşlı kişi heyvan otararkən öldüHadisə

Ağsuda 54 yaşlı kişi heyvan otararkən öldü

Ağsuda 54 yaşlı kişi heyvan otararkən ölüb.

Bu gün
09:320
İmişlidə canavarlar kəndə hücum ediblərHadisə

İmişlidə canavarlar kəndə hücum ediblər

İmişli rayonunda canavarlar kəndə hücum ediblər.

Bu gün
09:200