Son dəqiqə
Samuxda 46 yaşlı qadını maşın vurduDiplomatik xidmətə qəbul üzrə növbəti MÜSABİQƏ BAŞLAYIRSAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEO"Liverpul" klubu təcili iclas keçirib: Arne Slotun taleyi həll olunurHava şəraiti ilə əlaqədar neçə universitet onlayn tədrisə keçdi? - SORĞUKivi yükü aparan nəqliyyat vasitəsində külli miqdarda narkotik aşkar edilib - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Bakıda intensiv yağışlar fəsadlar törədib: Qurumlar gücləndirilmiş rejimdə işləyirlər - FOTO
Bakıda intensiv yağışlar fəsadlar törədib: Qurumlar gücləndirilmiş rejimdə işləyirlər - FOTO
Cəmiyyət

Bakıda intensiv yağışlar fəsadlar törədib: Qurumlar gücləndirilmiş rejimdə işləyirlər - FOTO

Bu gün
11:26
0 baxış
Paylaş:

"Aprelin 4-dən etibarən ölkə ərazisində müşahidə olunan intensiv yağıntılı hava şəraiti bir sıra fəsadlara səbəb olub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, əsasən Bakı və Abşeron yarımadasında aprelin 5-6-da yağıntının miqdarı 90 mm təşkil edib ki, bu da aylıq normanın 390 faizinə bərabərdir".

"Aprelin 4-dən etibarən ölkə ərazisində müşahidə olunan intensiv yağıntılı hava şəraiti bir sıra fəsadlara səbəb olub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, əsasən Bakı və Abşeron yarımadasında aprelin 5-6-da yağıntının miqdarı 90 mm təşkil edib ki, bu da aylıq normanın 390 faizinə bərabərdir".

Gundem.today xəbər verir ki, bu məlumat Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) verilib.

"Güclü yağışlar nəticəsində paytaxtın müxtəlif ərazilərində subasma halları qeydə alınıb. Xüsusilə kanalizasiya sistemi olmayan Bakıətrafı qəsəbələrdə vəziyyət daha çətin olub. Həmin ərazilərdə kommunal xidmətlərin əməkdaşları xüsusi texnikalar vasitəsilə yağış sularının çəkilməsi istiqamətində işlər aparırlar, zəruri hallarda isə sakinlərin təxliyəsi həyata keçirilir. Ərazilərə su nasosları, xüsusi qurğular və ağır texnikalar cəlb olunub.

Mövcud vəziyyətlə əlaqədar olaraq BŞİH, onun tabeliyində olan qurumlar, eləcə də rayon icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçiblər.

Qeyd olunub ki, aidiyyəti strukturların əməkdaşları fasiləsiz fəaliyyət göstərərək yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

İntensiv yağış ətraf mühitə də təsirsiz ötüşməyib. Aprelin 5-i axşam saatlarından 6-sı səhərədək davam edən yağış və külək nəticəsində ağac aşmaları qeydə alınıb. Bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin operativ qrupları hadisə yerlərinə cəlb olunaraq aşan ağacların ərazilərdən götürülməsini təmin edib.

Hazırda BŞİH-in monitorinq qrupları da ərazilərdə fəaliyyət göstərirlər. Onlar su yığılan və problemli nöqtələri müəyyənləşdirərək aidiyyəti qurumlara operativ məlumatlar təqdim edirlər.

Ümumilikdə, paytaxtda intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün bütün məsul qurumlar koordinasiyalı şəkildə fəaliyyətini davam etdirir", - deyə məlumatda bildirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Yağışın_fəsadları#Bakı_Şəhər_İcra_Hakimiyyəti#Güclü_külək

Oxşar Xəbərlər

Diplomatik xidmətə qəbul üzrə növbəti MÜSABİQƏ BAŞLAYIRCəmiyyət

Diplomatik xidmətə qəbul üzrə növbəti MÜSABİQƏ BAŞLAYIR

Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır.

Bu gün
13:120
Hava şəraiti ilə əlaqədar neçə universitet onlayn tədrisə keçdi? - SORĞUCəmiyyət

Hava şəraiti ilə əlaqədar neçə universitet onlayn tədrisə keçdi? - SORĞU

Son günlər müşahidə olunan dəyişkən hava şəraiti təhsil müəssisələrinə də təsirsiz ötüşməyib. Məktəblərdə şagirdlərin davamiyyətində azalma qeydə alınıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bu gün
13:040
Sabah Bakıda 18 dərəcə isti olacaq - 07.04.2026Cəmiyyət

Sabah Bakıda 18 dərəcə isti olacaq - 07.04.2026

Azərbaycanda aprelin 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu gün
12:540
Bibiheybət yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT – Hərəkət qismən məhdudlaşdırıldıCəmiyyət

Bibiheybət yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT – Hərəkət qismən məhdudlaşdırıldı

Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.

Bu gün
12:380