
Futbolda böyük skandal: UEFA hakimi yeniyetməyə təcavüz şübhəsi ilə saxlanıldı
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hakimi yetkinlik yaşına çatmayan şəxsə qarşı təcavüz şübhəsi ilə Britaniyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hakimi yetkinlik yaşına çatmayan şəxsə qarşı təcavüz şübhəsi ilə Britaniyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Gundem.today "The Sun" nəşrinə istinadən xəbər verir ki, insident otellərin birində qeydə alınıb.
İttiham olunan şəxs ictimai zonada yeniyetmə ilə söhbətə başlayıb, ardınca isə ona toxunmağa və aldadaraq öz otağına aparmağa cəhd göstərib.
Qeyd edək ki, hadisə barədə polisə zərərçəkmişin özü və ya onun tanışı xəbər verib. Diqqətçəkən məqam odur ki, hakim oteli tərk edərək avrokubok çərçivəsində matçı idarə edib, lakin geri qayıtdıqdan sonra UEFA nümayəndələrinin iştirakı ilə həbs olunub. Dindirilmə prosesindən sonra o, girov müqabilində sərbəst buraxılıb.
Adı açıqlanmayan bu hakim 2026-cı il dünya çempionatının oyunlarına təyinat alan hakimlər siyahısında yer alırdı. FIFA rəsmiləri bəyan ediblər ki, istintaq tam başa çatana qədər həmin şəxs onların bayrağı altında keçirilən heç bir yarışda iştirak etməyəcək. UEFA da yaranmış vəziyyətlə bağlı "dərin narahatlığını" ifadə edərək hakimi dərhal oyunlardan kənarlaşdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Neftçi" - "Qarabağ" matçında tarixi an: Son 15 mövsümün rekordu qeydə alındı
Misli Premyer Liqasının XXIX turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununu stadiondan 9500 tamaşaçı izləyib.
İdman"Turan Tovuz"la matçda vurulan həlledici qol Volkov üçün xüsusi olub
Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan "Turan Tovuz"la gərgin səfər qarşılaşması (1:1) "Zirə"nin legioneri Davit Volkov üçün xüsusi əhəmiyyət kəsb edən qolla yadda qalıb.
İdman"Sumqayıt" 50-yə çatdı
"Sumqayıt" futbol klubu Azərbaycan Premyer Liqası tarixində özünün yubiley - 50-ci səfər qələbəsini rəsmiləşdirib.
İdman"Çelsi"nin yeni baş məşqçisi kim olacaq? - Əsas namizədlərin siyahısı
"Çelsi"nin yeni baş məşqçisi postuna iddialı namizədlərin siyahısı məlum olub.