
İrandan Azərbaycana indiyədək 3505 nəfər təxliyə olunub
İrandan fevralın 28-i saat 08:00-dan aprelin 13-ü saat 10:00-dək Azərbaycana ümumilikdə 3505 nəfər təxliyə olunub.
İrandan fevralın 28-i saat 08:00-dan aprelin 13-ü saat 10:00-dək Azərbaycana ümumilikdə 3505 nəfər təxliyə olunub.
Gundem.today "Report"a istinadla xəbər verir ki, təxliyə olunanların 613 nəfəri Azərbaycan vətəndaşıdır.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Müharibə başlayandan İrandan bir çox ölkələrin vətəndaşlarının Azərbaycan, Türkiyə və Ermənistan vasitəsilə təxliyəsi aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətABŞ-İran danışıqlarının ikinci raundunda qərar olacaqmı? - Tərəflər təzyiqi artırır
Amerika Birləşmiş Ştatları və İran danışıqları bərpa etmək məqsədilə ikinci görüşün keçirilməsi imkanını nəzərdən keçirirlər. Məqsəd 7 aprel tarixində elan olunmuş iki həftəlik atəşkəs müddəti başa çatmadan yeni müzakirələrin təşkilidir. Variantlardan biri kimi ikinci raundun yenidən İslamabadda keçirilməsi təklifi ortadadır.
SiyasətBahar Muradova: "AQEM Qadınlar Şurasının yaradılması Azərbaycanın təşəbbüsüdür"
"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində Qadınlar Şurasının yaradılması Azərbaycanın təşəbbüsü olub".
Siyasətİlham Əliyev Kolumbiyanın yeni təyin olunmuş səfirini qəbul edib - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nelsi Rakel Munar Xaramiyonu qəbul edib.
SiyasətBTQ Qvadelupda baş verən hadisə ilə bağlı arayış təqdim etdi - FOTO
2026-cı il aprelin 12-də Qvadelupun Le Mul (Le Moule) şəhərində Fransa hüquq-mühafizə orqanlarının iştirakı ilə baş vermiş insident nəticəsində bir nəfər həyatını itirib. İlkin məlumatlara əsasən, hadisə zamanı şübhəli şəxsə qarşı əvvəlcə öldürücü gücü olmayan elektroşok cihazından istifadə olunub, lakin daha sonra fransız jandarma əməkdaşlarından biri tərəfindən odlu silahdan atəş açılıb. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən həyatını itirib.