
Qeyri-sabit hava şəraiti ilə əlaqədar bağlanan limanların sayı açıqlandı
Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar 3 liman bağladır.
Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar 3 liman bağladır.
Gundem.today xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Onun sözlərinə görə, Qaradağ, Dübəndi, Sahil limanlarına giriş-çıxış bağlanıb:
"Amma digər limanlar açıqdır".
Xatırladaq ki, Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır. Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkil edir. Bəzi yerlərdə əsən şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Şabranda 20, Gəncə, Daşkəsəndə 18 m/s-dək güclənir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDiplomatik xidmətə qəbul üzrə növbəti MÜSABİQƏ BAŞLAYIR
Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır.
CəmiyyətHava şəraiti ilə əlaqədar neçə universitet onlayn tədrisə keçdi? - SORĞU
Son günlər müşahidə olunan dəyişkən hava şəraiti təhsil müəssisələrinə də təsirsiz ötüşməyib. Məktəblərdə şagirdlərin davamiyyətində azalma qeydə alınıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
CəmiyyətSabah Bakıda 18 dərəcə isti olacaq - 07.04.2026
Azərbaycanda aprelin 7-də gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətBibiheybət yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT – Hərəkət qismən məhdudlaşdırıldı
Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.