
ABŞ İran ərazisindəki pilotunun axtarışlarına elit hərbi dəstələri cəlb edib
ABŞ İran üzərində vurulan "F-15E" qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilasetmə əməliyyatına elit hərbi xüsusi təyinatlı qüvvələrini cəlb edib.
ABŞ İran üzərində vurulan "F-15E" qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilasetmə əməliyyatına elit hərbi xüsusi təyinatlı qüvvələrini cəlb edib.
Gundem.today xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilib ki, prosesdə yüzlərlə hərbi və kəşfiyyat işçisi, o cümlədən "Delta Force" və "Navy Seals" üzvləri iştirak edib.
Xatırladaq ki, ikinəfərlik "F-15E" qırıcısı aprelin 3-də İranın hava məkanında vurulub. "Axios" portalının məlumatına əsasən, katapult etdikdən sonra hər iki heyət üzvü - pilot və şturman-operatorla uğurla əlaqəyə girə bilib. Portalın mənbələri bildirib ki, təyyarənin qəzaya uğramasından bir neçə saat sonra pilot xilas edilib. Axtarış-xilasetmə tədbirləri zamanı İran tərəfi əməliyyatda iştirak edən ABŞ-yə məxsus "Black Hawk" helikopterlərindən birini də vurub - heyət üzvləri yaralansalar da, vertolyot ərazidən uzaqlaşa bilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEO
Livanda mülki əhalinin məskunlaşdığı ərazidə gizlədilən bir sıra terror infrastrukturu və silah anbarları məhv edilib.
DünyaDaha bir Afrika ölkəsi ABŞ-dən deportasiya olunanları pul müqabilində qəbul etməyə razılaşıb
Konqo Demokratik Respublikası (KDR) Birləşmiş Ştatlardan deportasiya olunan üçüncü ölkə vətəndaşlarına sığınacaq verəcək.
DünyaAvropa Komissiyasından Aİ ölkələrinə büdcə böhranı ilə bağlı XƏBƏRDARLIQ
Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətlərini xəbərdar edib ki, enerji daşıyıcılarının yüksək qiymətləri fonunda iqtisadiyyatın dəstəklənməsinə həddən artıq xərclər büdcə böhranına gətirib çıxara bilər.
DünyaBağdadda alov ərşə dayandı: ABŞ hərbi bazası raket və dronlarla vuruldu
Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı "Viktoriya" (Qələbə) hərbi bazası kompleksinə təşkil edilmiş hücum ərazidə irimiqyaslı yanğına səbəb olub.