Son dəqiqə
"Kanal 21" və "bakuxeber.az"ın rəhbərləri həbs ediliblərHəftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASIKomitə sədri dövlətə ödənilən 6 milyard manatdan danışdıDövlət qurumlarına edilən müraciətlərin cavablandırılmasında YENİLİKABŞ və Venesuela arasında birbaşa aviareyslər bərpa olundu - VİDEOVatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub
İdman

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda ilk mükafatçılar bəlli olub

Bu gün
22:24
0 baxış
Paylaş:

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk günü başa çatıb.

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk günü başa çatıb.

Gundem.today xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən turnirdə gənclər kateqoriyasında dörd proqramda ilk mükafatçılar bəlli olub.

Halqalarda Kseniya Savinova (AİN) qızıl, Patrisiya Stançiu (Rumıniya) gümüş, Sofiya Kulikova (Ukrayna) bürünc medal qazanıb.

Topla hərəkətlərin icrasında Kseniya Savinova (AİN) birinci, Aleksandra Petrova (Bolqarıstan) ikinci, Sabina Kagirova (Özbəkistan) üçüncü yeri tutub.

Gürz proqramında Nita Jamagidze (Gürcüstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İana Zaikina (AİN) gümüş, Sofia Krainska (Ukrayna) bürünc mükafata sahib çıxıb. Lentlərdə isə İana Zaikina (AİN) birinci, Dea Emilova (Bolqarıstan) ikinci, Alis Rozenberq (İsrail) üçüncü olub.

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi baş tutub.

Gundem.today "Report"a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbir iştirakçı ölkələrin bayraqlarının arenaya gətirilməsi ilə başlayıb.

Ardınca gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov açılış nitqi ilə qonaqları salamlayaraq iştirakçılara uğurlar arzulayıb:

"Növbəti idman bayramına xoş gəlmisiniz. Ölkəmizdə idman son illər inkişaf edir. Məhz bu həftə Azərbaycanda üç beynəlxalq turnir baş tutur. Hər üçü də ənənəvi yarışdır. Bu cür tədbirlər idmanın təbliği üçün önəmlidir. Azərbaycanda idman dövlət siyasətidir. Dövlət başçısı da idmana xüsusi diqqət ayırır. Milli Gimnastika Arenasında hər il Dünya və Avropa kubokları və digər turnirlər təşkil edilir. Azərbaycan Gimnastika Federasiyası möhtəşəm iş görür. Avropa və dünya çempionatlarında kifayət qədər yaxşı nəticələr var".

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsinin ardından bədii hissə ilə davam edib.

Xatırladaq ki, bu gün start götürən Avropa Kuboku mayın 3-də başa çatacaq. İdmançılar turnir ərzində qrup və fərdi proqramlarda bacarıqlarını göstərəcəklər. Yarışda Azərbaycan təmsilçiləri ilə birlikdə 30 ölkə və neytral idmançılar çıxış edirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Milli_Gimnastika_Arenası#Azərbaycan_gimnastları#Azərbaycan_Gimnastika_Federasiyası

Oxşar Xəbərlər

Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASIİdman

Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI

Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.

Bu gün
14:040
Maradonanın ölüm işində YENİ DETALLAR: Həkimlər onun ailəsinə yalan danışıblar?İdman

Maradonanın ölüm işində YENİ DETALLAR: Həkimlər onun ailəsinə yalan danışıblar?

Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın həkimləri onun ailəsinə evdə müalicə üçün hər cür şəraitin yaradılacağına söz versələr də, futbolçunun otağı lazımi səviyyədə təchiz edilməyib.

Bu gün
12:000
"Real Madrid"in yeni məşqçi seçimi: Mourinyo, yoxsa Klopp?İdman

"Real Madrid"in yeni məşqçi seçimi: Mourinyo, yoxsa Klopp?

"Real Madrid"in soyunub-geyinmə otağında yeni baş məşqçi ilə bağlı seçimlər dəqiqləşir.

Bu gün
11:080
PFL tarixində İLK: "Sabah" son 18 mövsümün yeganə yeni çempionu olduİdman

PFL tarixində İLK: "Sabah" son 18 mövsümün yeganə yeni çempionu oldu

"Sabah" son 18 mövsüm ərzində Azərbaycan futbolunda ilk çempionluğunu yaşayan yeganə komandadır.

Bu gün
10:120