
FIFA prezidenti: "İran millisi ABŞ-də oynayacaq"
"İran milli komandası ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatında iştirak edəcək".
"İran milli komandası ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatında iştirak edəcək".
Gundem.today Sport24.ru-ya istinadən xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino Vankuverdə keçirilən FIFA Konqresində bildirib.
"Əlbəttə, İran millisi ABŞ-də oynayacaq. Səbəb çox sadədir. Biz birləşməli və insanlar arasında təmas qurmalıyıq. FIFA dünyanı birləşdirir. Biz hər zaman pozitiv əhval-ruhiyyəni yadda saxlamalıyıq", - deyə İnfantino vurğulayıb.
Qeyd edək ki, İran millisi DÇ-2026-nın qrup mərhələsindəki bütün oyunlarını (Yeni Zelandiya, Belçika və Misirə qarşı) ABŞ ərazisində keçirməlidir. Turnir iyunun 11-dən iyulun 19-dək davam edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanHəftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.
İdmanMaradonanın ölüm işində YENİ DETALLAR: Həkimlər onun ailəsinə yalan danışıblar?
Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın həkimləri onun ailəsinə evdə müalicə üçün hər cür şəraitin yaradılacağına söz versələr də, futbolçunun otağı lazımi səviyyədə təchiz edilməyib.
İdman"Real Madrid"in yeni məşqçi seçimi: Mourinyo, yoxsa Klopp?
"Real Madrid"in soyunub-geyinmə otağında yeni baş məşqçi ilə bağlı seçimlər dəqiqləşir.
İdmanPFL tarixində İLK: "Sabah" son 18 mövsümün yeganə yeni çempionu oldu
"Sabah" son 18 mövsüm ərzində Azərbaycan futbolunda ilk çempionluğunu yaşayan yeganə komandadır.