Son dəqiqə
Samuxda 46 yaşlı qadını maşın vurduDiplomatik xidmətə qəbul üzrə növbəti MÜSABİQƏ BAŞLAYIRSAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEO"Liverpul" klubu təcili iclas keçirib: Arne Slotun taleyi həll olunurHava şəraiti ilə əlaqədar neçə universitet onlayn tədrisə keçdi? - SORĞUKivi yükü aparan nəqliyyat vasitəsində külli miqdarda narkotik aşkar edilib - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Rusiyada daha bir nazir saxlanılıb
Rusiyada daha bir nazir saxlanılıb
Dünya

Rusiyada daha bir nazir saxlanılıb

Bu gün
10:52
1 baxış
Paylaş:

Rusiya Federasiyasının Krasnoyarsk diyarı üzrə tarif siyasəti naziri Aleksandr Ananyev külli miqdarda rüşvət alma ittihamı əsasında saxlanılıb.

Rusiya Federasiyasının Krasnoyarsk diyarı üzrə tarif siyasəti naziri Aleksandr Ananyev külli miqdarda rüşvət alma ittihamı əsasında saxlanılıb.

Gundem.today xəbər verir ki, bu barədə məlumat ölkənin İstintaq Komitəsinin "Max" platformasındakı rəsmi kanalında dərc olunub.

"Krasnoyarsk diyarının tarif siyasəti nazirinə qarşı cinayət işi başlanıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində (vəzifəli şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət alma) nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir. Şübhəli şəxs qismində saxlanılan nazir barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır", - deyə yayılan rəsmi bəyanatda bildirilir.

İstintaq orqanlarının məlumatına əsasən, 2022-ci ilin avqust ayında bir enerji şirkətinin faktiki rəhbəri həmin dövrdə Krasnoyarsk diyarının sənaye, energetika və mənzil-kommunal təsərrüfatı naziri postunu tutan Ananyevə müraciət edib. O, 10 milyon rubl (200 000 manatdan çox - red.) pul mükafatı müqabilində şirkətə ərazi şəbəkə təşkilatı statusunun verilməsini (bu addım güzəştli tariflərlə elektrik enerjisinin ötürülməsi hesabına mənfəət əldə etməyə şərait yaradırdı) xahiş edib və nazir bu təklifi qəbul edib.

İstintaq Komitəsindən verilən izahata görə, əldə olunmuş razılaşma çərçivəsində 2022-ci ilin noyabrında təqsirləndirilən şəxs enerji şirkətinin rəhbərindən rüşvətin 5 milyon rubl olan ilkin hissəsini alıb. Bunun ardınca şirkət şəbəkə təşkilatı statusuna yiyələnib və 2023-cü il üçün vahid qazan tarifləri sisteminə daxil edilib.

Xatırladaq ki, bir müddət öncə Stavropol diyarının energetika, sənaye və rabitə naziri İvan Kovalyov da vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Aleksandr_Ananyev#Rusiya#Krasnoyarsk_diyarı#tarif_siyasəti_naziri#rüşvət_alma#cinayət_işi#həbs#İstintaq_Komitəsi#enerji_şirkəti#korrupsiya#İvan_Kovalyov.

Oxşar Xəbərlər

SAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEODünya

SAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEO

Livanda mülki əhalinin məskunlaşdığı ərazidə gizlədilən bir sıra terror infrastrukturu və silah anbarları məhv edilib.

Bu gün
13:160
Daha bir Afrika ölkəsi ABŞ-dən deportasiya olunanları pul müqabilində qəbul etməyə razılaşıbDünya

Daha bir Afrika ölkəsi ABŞ-dən deportasiya olunanları pul müqabilində qəbul etməyə razılaşıb

Konqo Demokratik Respublikası (KDR) Birləşmiş Ştatlardan deportasiya olunan üçüncü ölkə vətəndaşlarına sığınacaq verəcək.

Bu gün
12:520
Avropa Komissiyasından Aİ ölkələrinə büdcə böhranı ilə bağlı XƏBƏRDARLIQDünya

Avropa Komissiyasından Aİ ölkələrinə büdcə böhranı ilə bağlı XƏBƏRDARLIQ

Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətlərini xəbərdar edib ki, enerji daşıyıcılarının yüksək qiymətləri fonunda iqtisadiyyatın dəstəklənməsinə həddən artıq xərclər büdcə böhranına gətirib çıxara bilər.

Bu gün
12:440
Bağdadda alov ərşə dayandı: ABŞ hərbi bazası raket və dronlarla vurulduDünya

Bağdadda alov ərşə dayandı: ABŞ hərbi bazası raket və dronlarla vuruldu

Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı "Viktoriya" (Qələbə) hərbi bazası kompleksinə təşkil edilmiş hücum ərazidə irimiqyaslı yanğına səbəb olub.

Bu gün
12:360